Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məlik tanınmış rejissor Ayaz Salayevə qarşı ağır ittihamlar səsləndirib.
Milli.Az fraqment.az-a istinadən bildirir ki, rejissorun "MimOda 18+" tamaşası haqda dedikləri və azərbaycanlı aktrisalara "soyunun" deyə müraciəti xalq artistini özündən çıxarıb. Ramiz Məlik Ayaz Salayevə qarşı ağır ittihamlar səsləndirib:
"Ayaz Salayev, get kilsədə keşişə özünə ağıl duası oxutdur. Sənə kim ixtiyar verir Azərbaycanın qızlarını əxlaqsız yola çəkirsən? Çəkdiyin 1-2 film heç ekranda göstərilməyib. Bu xalqın milli mentaliteti, yüksək qüruru var. Onların heç biri səndə yoxdur. Otur komanda, dilini qoy qarnına".
Qeyd edək ki, Ayaz Salayev "Oda" Teatrının 18+ tamaşası ilə bağlı Aznews.Az-a açıqlama verərkən azərbaycanlı aktrisalara müraciətində demişdi: "Ya səhnəyə çıxıb soyunub, açıq-saçıq səhnələri oynayın, ya da bu sənətə gəlməyin. Nə qədər ki, səhnəyə çıxıb soyunmayacaqsınız, rejissorlar xaricdən aktrisa gətirəcəklər. Bizimkilər də onları səhnədə görüb baxa-baxa, yana-yana qalacaqlar. O, başa düşməlidir ki, aktrisadır və ona verilən obrazı oynamalıdır".
Milli.Az