Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda aparılan işlərin gedişi ilə tanış olub

19:17 26 Dekabr 2014
53 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 19:11 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və “Bakı 2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış olublar.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlət başçısına burada görülən işlər barədə ətraflı məlumat verib.

 

Təməli 2011-ci ilin iyununda qoyulan stadionunun inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutulan inşaat işlərinin əsas hissəsi başa çatıb. Tikintidə ən müasir avadanlıqdan və inşaat materiallarından istifadə olunur.
 

Sonra prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumat verilib. Bildirilib ki, stadionun interyerində də son tamamlama işləri aparılır.



Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olan prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367431

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR