"Arsenal"ın yarımmüdafiəçisi Cek Uilşir İngiltərə Premyer Liqasının startını buraxmalı olacaq.
23 yaşlı futbolçu "Çelsi" ilə oynanılan Superkubok matçında sağ ayaq topuğundakı zədə səbəbindən oynaya bilməmişdi. Metbuat.az "The Daily Mail"ə istinadən xəbər verir ki, Uilşir Premyer Liqanın ilk iki turu çərçivəsində "Vest Hem" və "Kristal Pelas"la oynanılacaq görüşlərdə komandasına kömək edə bilməyəcək. Onun "Liverpul"la oyunda iştirakı isə sual altındadı.
Xatırladaq ki, Cek Uilşir 2011-ci ildə sağ ayaq topuğundan əməliyyat olunmuşdu.