Bakı, 4 avqust, AZƏRTAC
“Qarabağ” futbol klubu bir ay əvvəl Azərbaycan futbol aləmində yenilik etmişdi. Artıq bir aydan çoxdur ki, kluba məxsus tətbiqetmə (application) ictimayyətin diqqətinə təqdim olunub və böyük maraqla qarşılanıb. Ay ərzində yüklənmə sayı 10 mini ötüb. Bu isə “Qarabağ” futbol klubuna olan maraq və sevgininin bariz nümunəsidir.
Klubdan AZƏRTAC-a bildiriblər ki, rəngarəng və istifadəyə rahat tətbiqetməni yükləyərək komanda haqqında bilgiləri rahatlıqla əldə etmək mümkündür. Tətbiqetmə klubun rəsmi saytının bütün informasiyasını özündə daşımaqla yanaşı, bir sıra funksiyaları ilə də istifadəçilərə əlverişli imkanlar yaradır. Komandanın oyunları olduğu zaman gələn bildirişlər, daimi yeniliklərlə bağlı xəbərdarlıqlarla kluba daha yaxın olmaq imkanı təqdim edilir.
Rəngərəng fotoqalereyalar, videolar, xəbərlər və başqa xüsusiyyətləri “Qarabağ” futbol klubunun tətbiqetməsində görmək mümkündür. Həm İOS, həm də Android platformalı mobil cihazlar üçün nəzərdə tutulan “Qarabağ” tətbiqetməsini heç bir ödəniş etmədən mobil telefonlara yükləmək olar.