“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, təşviq proqramı 2014-cü ilin yayında başlayıb və EMC şirkəti tərəfindən 2015-ci ilin sonunadək uzadılıb. Proqramın iştirakçısı olan resellerlər üçün satış nəticələri əsasında yeni təşviq formatları müəyyənləşdirilib. “Lotus 1” komandasının mükafatını ilkin səviyyəli sistemlərin ən çox satan və ya öz regionunda ən yüksək artım tempi nümayiş edən reseller alır.
“Bakinity” şirkəti bu ilin aprel ayında MDB və Rusiya resellerləri arasında ən yüksək satış göstəricisi nümayiş etdirib.
Şirkət Azərbaycan İT-də 2001-ci ildən etibarən fəaliyyət göstərir, 2014-cü ildən etibarən isə Qırğızıstan və Tacikistan bazarlarına çıxışı ilə fəaliyyət sahəsini genişləndirib.
Aynur Vəliyeva