ANS PRES bu xəbərin nə dərəcədə doğru olub-olmaması barədə Müdafiə Nazirliyinə sorğu göndərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna rəsmi olaraq bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Xəzər dənizində keçirilən Beynəlxalq Hərbi Oyunlarda Azərbaycan Hərbi Dəniz Qüvvələrini təmsil edən gəmilərdən birində problemin yaranması ilə bağlı yayılan məlumatlar həqiqəti tam əks etdirmir: "Yaranan cüzi problem hərbi dənizçilərimiz tərəfindən dərhal yerində həll olunub. Hazırda yarışlara qatılan hərbi gəmilər onlardakı silah-texnika və ekipajla tam heyətdə turnirdə iştiraklarını uğurla davam etdirir. Yayılan məlumatlardan tam fərqli olaraq, hərbçilərimiz turnirin bu gün üçün nəzərdə tutulan proqramında verilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək dəniz və hava hədəflərini məhv etməklə “əla” nəticə göstəriblər."

Azərbaycanın hərbi gəmisi