"Məqsədimiz qrupda iştirak etməkdi" - Tale Heydərov

"Məqsədimiz qrupda iştirak etməkdi" -   Tale Heydərov
00:47 7 Avqust 2015
69 İdman
Ölkə mətbuatı
A- A+

"Bu mərhələyə qədər gələcəyimizi gözləmirdik. Çox sevindirici haldı ki, komanda bunu bacardı. Bu, bizim üçün böyük uğurdu. Davamının gəlməsini arzulayırıq". Fanat.az xəbər verir ki, bu sözləri jurnalistlərə "Apollon"la oyundan sonra "Qəbələ"nin prezidenti Tale Heydərov deyib.
 
Klub rəhbəri hədəflərini açıqlayıb: "İnanmırdıq ki, bu səviyyəyə gələk çataq. Komanda sağ olsun ki, bura qədər irəliləyə bildi. Bundan sonrakı mərhələni keçmək daha da çətin olacaq. Ancaq məqsədimiz "pley-off"u da keçmək və qrupa düşməkdi. Oyunçular da əllərindən gələni edəcəklər ki, uğur qazansınlar".
 
Heydərov yeni transferin olacağını bildirib: "Hazırda bu istiqamətdə danışıqlar gedir. Hücumameyilli bir futbolçunun keçidini həll etmək istəyirik. Bununla bağlı məşqçilərlə söhbət etmişik".
 
Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmqsdimiz-qrupda-itirak-etmkdiquot-t43069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR