Yaponiya dünyanın ən böyük üzən külək turbinini inşa edir

Yaponiya dünyanın ən böyük üzən külək turbinini inşa edir
11:08 7 Avqust 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, Nihat Budaqov, AZƏRTAC
Fukusima nüvə qəzasından sonra alternativ enerji texnologiyalarına diqqəti artıran Yaponiya dünyanın ən böyük üzən külək turbinini inşa edir.
AZƏRTAC Türkiyənin "denizhaber.com.tr" saytına istinadla xəbər verir ki, külək turbini ilə 7 meqavat gücündə elektrik enerjisi istehsalı planlaşdırılır. Turbin 104 metr uzunluğundadır. Üç qanaddan ibarət olacaq pərvanənin biri isə 80 metrdir. Dənizdən 32 kilometr uzaqlıqda inşa ediləcək turbin 20 tonluq sabitləyicidən istifadə edilərək qurulacaq. Turbinin inşa ediləcəyi sualtı qurğu təxminən 20 metrlik dalğalara qarşı qoya biləcək. İnşası davam etdirilən turbinin dəyəri 401 milyon dollardır.
Külək turbininin Yaponiyada tez-tez meydana gələn nəhəng dalğalara və hətta güclü sunamilərə dayanıqlı olması gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiya_dunyanin_en_boyuk_uzen_kulek_turbinini_insa_edir-875988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR