Müsəlmanların 20 ən böyük ixtirası

Müsəlmanların 20 ən böyük ixtirası
13:51 26 Yanvar 2015
154 Şou
Ölkə mətbuatı
A- A+

“The İndependent” qəzeti müsəlmanların 20 ən məşhur ixtirasının siyahısını hazırlayıb.

Axşam.az həmin siyahını təqdim edir:

Göz – Antik dövrdə insanlar gözümüzdən işıq yayıldığını və bunun sayəsində gördüyümüzü düşünürdülər. Lakin X əsrdə yaşamış müsəlman alim İbn Haytam işığın gözümüzə daxil olaraq sınması nəticəsində ətrafı gördüyümüzü kəşf edib.

Şahmat – İranda yaranıb və X əsrdə ispanlar əməvilər vasitəsilə bu oyunla tanış olublar.

Uçuş – Hələ Rayt qardaşlarının ilk uçuşu sınaqdan keçirmələrindən 1000 il əvvəl – 852-ci ildə Abbas ibn Firnas adlı ərəb düzəltdiyi taxta qanadlarla Kordovada məscidin minarəsindən tullanıb. Həmin qanadlar sayəsində yerə heç bir zədə almadan düşən Abbas daha sonra bu təcrübəsini ipək və qartal tükləri ilə sınaqdan keçirib. O, havada 10 dəqiqə qala bilib.

Sabun – “Xaç yürüşləri” zamanı xristian əsgərlərini ilk dəfə görən müsəlmanları dəhşətə gətirən hadisə onların çox nadir hallarda çimmələri və üstlərindən gələn pis qoxu idi. Ərəblər bitki yağlarını qarışdıraraq indi istifadə etdiyimiz sabunu və şampunu hazırlayıblar. Şampun İngiltərəyə ilk dəfə 1759-cu ildə aparılıb.

Mayelər – Mayeləri müxtəlif qaynama temperaturuna görə ayıran ilk alim Cabir ibn Hayyan olub. O, eyni zamanda müasir kimyanın qurucusu sayılır.

Mil sistemi – düz hərəkəti əyri hərəkətə çevirən mil sistemi ilk dəfə Əl Ciziri tərəfindən kəşf olunub və mühərrikin ixtirasınadək bütün dünyadakı mexaniki cihazların əsasını təşkil edib.

Paltar – Libasın parçası ilə astarının yapışdırılması müsəlmanların icadıdır.

Qəhvə - Rəvayətə görə, Cənubi Efiopiyada çoban Xalid qoyunlarının bir bitkini yeyəndən sonra canlandığını görür və bu bitkidən yığaraq onu dəmləyib içir. Əvvəlcə gecələr oyaq qalıb işləmək üçün Sufi alimləri tərəfindən kəşf olunduğu deyilən qəhvə 1645-ci ildə Venesiyaya aparılıb. Londondakı ilk qəhvəxananı isə bir türk açıb.

Qübbə və kəmərşəkilli tikililər – bunlar da İslam memarlığının məhsuludur. İngiltərə kralı V Henrinin sarayının memarı da müsəlman olub.

Cərrahiyyə alətləri – Hazırda dünyada istifadə olunan bütün cərrahiyyə alətləri Əndəlüs əməvilərindən Əl Zəhravi tərəfindən ixtira olunub. Neştər, sümük mişarları, göz əməliyyatı üçün nəzərdə tutulan qayçıların da daxil olduğu 200 alət müasir tibbdə də geniş istifadə edilir. Heyvan bağırsaqlarından hazırlanan tikiş saplarının öz-özünə yox olduğunu da Zəhravi kəşf edib.

Külək dəyirmanı – İlk dəfə İranda kəşf olunub və ərəb ölkələrinə yayılıb. Avropada isə külək dəyirmanı bu ixtiradan düz 500 il sonra istifadə edilməyə başlanıb.

Peyvənd – Suçiçəyi peyvəndinin Avropada istifadəsindən hələ 50 il əvvəl Osmanlı İmperatorluğunda uşaqları bu xəstəliyə qarşı peyvənd edirdilər.

Doldurulma qələm – İlk belə qələm 953-cü ildə əllərini boya ilə kirlətməkdən yorulan Misir sultanlarından birinin göstərişi ilə hazırlanıb. Alqoritm –Alqoritm və triqonometriya da Avropaya islam dünyasından yayılıb. Bu ixtiranın sahibi isə Əl-Xarəzmi idi.

Üç çeşid yemək – Əli ibn Nafi adlı şəxs İraqdan Kordova şəhərinə gedərkən üç çeşid yemək istəyir: onun menyusunda şorba, balıq və ya ət, meyvə ilə çərəz olur. Avropaya ilk şüşə stəkanlar da bu dövrdə aparılıb.

Xalça – Xalı və xalça toxumağın bütün sirlərini avropalılar müsəlmanlardan öyrənib.

Çek – hazırda da istifadə etdiyimiz çeklər ilk dəfə ərəblər tərəfindən kəşf olunub. Hətta IX əsrdə müsəlman tacir “sak” adlanan bu kağızları Çində pula dəyişə bilirdi.

Dünya və Günəş – IX əsrdə - Kopernikdən hələ 500 il əvvəl Əl Bruni Yerin günəş ətrafında fırlandığını söyləyirdi.

Barıt – “Xaç yürüşləri” zamanı müsəlmanların istifadə etdikləri bu partlayıcı maddə avropalıları çox təəccübləndirmişdi.

Bağça dekorasiyası – Həyətyanı sahələrin gül-çiçəklə bəzədilməsi və gözəl dekorasiyaların yaradılması ideyası da müsəlmanlara aiddir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR