Türkiyənin Marmaris şəhərində müsəlman ölkələrin təmsilçiləri olan xanımlar arasında rəqs müsabiqəsi başa çatıb.
Milli.Az 7news.az-a istinadən bildirir ki, müsabiqənin qalibləri Türkiyə, Azərbaycan və Türkmənistan təmsilçiləri olub.
Azərbaycandan məşhur müğənni Sərdar Ortacın xüsusi təklifi ilə yarışa dəvət olunan model Merilin Təranə "Miss Bikini of Baku" nominasiyasında qalib gəlib.
Təranə Gürcüstanda oktyabr ayında keçiriləcək "Yerdəki Mələklər" adlı yarışa da qatılacaq.
Xatırladaq ki, Merilin Təranə Türkiyənin TV8 telekanalındakı "Bu Tarz Benim" müsabiqəsinldə iştirak etmiş və çıxışı qalmaqalla sonuclanmışdı.
Milli.Az