Cari ilin ilk altı ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olub

Cari ilin ilk altı ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olub
11:33 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC 
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin sayı 5761,2 min nəfər olub.
Dövlət Statistika Komitəsindən (DSK) AZƏRTAC-a bildirilib ki, onların 66,3 faizi Azərbaycan Respublikasının, 10,4 faizi Rusiya Federasiyası, 10,1 faizi Gürcüstan, 5,2 faizi Türkiyə, 2,5 faizi İran, 0,9 faizi Ukrayna, 0,7 faizi Böyük Britaniya, 0,4 faizi Qazaxıstan, 0,3 faizi Özbəkistan, 0,3 faizi Almaniya, 0,2 faizi Amerika Birləşmiş Ştatları, 0,2 faizi İtaliya, 0,2 faizi Belarus və 2,3 faizi digər ölkələrin vətəndaşlarıdır.
Cari ilin ilk altı ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olub. Onların 310,7 min nəfəri Rusiya Federasiyası, 283,4 min nəfəri Gürcüstan, 148,2 min nəfəri Türkiyə, 72,8 min nəfəri İran, 27,2 min nəfəri Ukrayna, 19,4 min nəfəri Böyük Britaniya, 12,5 min nəfəri Qazaxıstan, 7,8 min nəfəri Almaniya, 6,5 min nəfəri Amerika Birləşmiş Ştatları, 85 min nəfəri isə digər ölkələrin vətəndaşlarıdır. Bu dövrdə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub, müvafiq olaraq 31,9 faiz, 29,1 faiz, 15,2 faiz və 7,5 faiz təşkil edib.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə gələn Slovakiya, Portuqaliya, Yunanıstan, Lüksemburq, Serbiya, Sloveniya, Finlandiya, Belçika, İsveçrə, İtaliya, Çexiya, İspaniya, İrlandiya, Avstraliya, Rumıniya, Niderland, Belarus, Almaniya, Avstriya, Bolqarıstan, Fransa vətəndaşlarının sayında daha çox artım müşahidə edilib. ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Macarıstan, Çin vətəndaşlarının sayında isə azalma qeydə alınıb.
Cari ilin birinci yarısında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı isə 1919,2 min nəfər olub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cari_ilin_ilk_alti_ayinda_olkemize_gelen_xarici_vetendaslarin_sayi_9735_min_nefer_olub-875995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR