"Mövsümün futbolçusu Aleksis olacaq"

"Mövsümün futbolçusu Aleksis olacaq"
16:22 7 Avqust 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

"Sky Sports" kanalında futbol eksperti kimi fəaliyyət göstərən Tyerri Anri Aleksis Sançesin növbəti mövsüm Premyer Liqada ən yaxşı oyunçu olacağına inandığını söyləyib. 

Milli.Az goal.az-a istinadən bildirir ki, Anri bu barədə deyib:

"Fikrimcə, mövsümün futbolçusu Aleksis olacaq. Bunu o səbəbdən deyirəm ki, Sançes artıq gözəl mövsüm keçirib. "Arsenal" çempion olmaq istəyirsə, Aleksis yenə uğurlu çıxışını təkrarlamalıdır. Məncə, bacaracaq".

Qeyd edək ki, çilili futbolçu ötən ay Amerika Kubokunu başı üzərinə qaldırıb. Arsen Venger isə futbolçunun Premyer Liqada ilk turu buraxacağını əvvəlcədən bildirib. 
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR