x
Loading...

Tyerri Anri: "Arsenal" Benzemanı alsa..."

"Real"ın forvardı Kərim Benzemanın adı son günlərdə "Arsenal"la birgə hallanır. London klubu fransızla yaxından maraqlanır.

Metbuat.az-ın məlumatına görə, son olaraq London klubunun canlı əfsanələrindən olan Tyerri Anri Benzemanın mümkün keçidini dəyərləndirib:

"Arsenal" zədələrdən qaça bilsə, bu mövsüm titullar uğrunda mübarizə apara bilər.

Jiru komandadakı tək forvardı. Belə çempionatın qalibi olmaq mümkünsüzdü. Başqa tipdə hücumçuya ehtiyac var.

Jirunun qarşısın qoyulan tapşırığın öhdəsindən lazımınca gəldiyini düşünürəm. O, 18 oyunda 14 dəfə fərqlənib. Yaxşı nəticədi.

Ancaq bəzən başqa hücumçular da lazım olur. Məncə, "Arsenal" Benzemanı alsa, İngiltərə Premyer Liqası və Çempionlar Liqasında çempionluğa əsas namizədlərdən biri olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR