x
Loading...

Yaşıllıq idarəsi sürücülər üçün "qollarını çirmədi"

Yaşıllıq idarəsi sürücülər üçün "qollarını çirmədi"
16:42 7 Avqust 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda küçələrin kənarlarında olan yol nişanlarının, eləcə də işıqforların görünməsinə maneə yaradan ağacların budaqlarının budanmasına və təmizlənməsinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkiləri Mühafizəsi Stansiyasının rəisi Əli Ağayev Trend-ə bildirib ki, bu işlər Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti əsasında aparılır.

Ə.Ağayev deyib ki, hazırda Bakıda 57 ünvanda işarələrin, işıqforların görünməsində maneələr var. Bu ünvanlar daha çox Bakının mərkəzi - Nəsimi, Səbail, Nərimanov rayonlarındadır.

Stansiyanın rəisi belə ünvanların hətta şəhərə bitişik kəndlərdə də olduğunu söyləyib.

Onun sözlərinə görə, yol nışanlarının, eləcə də işıqforların görünməsində yaranan çətinlikləri qısa müddət ərzində aradan qaldırmaq istəsələr də, bəzi maneələr ortaya çıxır. Əsas problem isə həmin nişanların altında maşınların dayanması ilə bağlıdr: "Biz məcburuq ki, həmin maşın götürülsün, ondan sonra işimizi görək. Amma bəzən buna görə günlərlə vaxt itiririk. Belə maneələr olmasa, işimizi daha qısa zaman ərzində yekunlaşdıra bilərik. Bu işi görmək üçün maşın sahiblərinə bir-bir xəbərdarlıq etməyimiz də qeyri-mümkündür. Həmin yerlərdə dayanma-durmanın qadağan olduğunu göstərən işarələr var. Lakin bu işarəyə əməl etməyənlər də var. Bu işarəyə əməl etməyənlər bizim xəbərdarlığımıza da əməl etməz".

Ə.Ağayev əlavə edib ki, budama işlərinin gələn həftənin sonunda yekunlaşdırılması nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR