54 Afrika ölkəsinin simvoluna çevriləcək göydələn

54 Afrika ölkəsinin simvoluna çevriləcək göydələn
22:14 7 Avqust 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Mərakeşin ən iri şəhəri olan Kasablankada Afrikanın ən hündür göydələni inşa ediləcək.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, “Valode & Pistre Architects” arxitektura şirkətinin layihəsi əsasında tikilən binanın hündürlüyü 540 metr olacaq. Bina 54 Afrika ölkəsinin simvoluna çevriləcək və onun 114 mərtəbəli olması nəzərdə tutulub.

 

Göydələnin mərtəbələrin sayı Quranın surələrinin sayını özündə əks etdirəcək. Layihəyə görə, binanın fasadı Afrika ölkələrinin danışdığı 1000 dildə yazılarla bəzədiləcək. Burada nəhəng ticarət mərkəzi, 7 ulduzlu otel və biznes obyektlərinin yerləşdirilməsi planlaşdırılır.

 

Tikinti işlərinin 2018-ci ildə başa çatdırılması gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR