İstanbul, 8 avqust, AZƏRTAC
Türkiyədən Şimali Kiprə çəkilən içməli su kəmərinin inşası başa çatmaq üzrədir.
Anadolu Agentliyinin məlumatına görə, Türkiyənin meşə və su işləri naziri Veysəl Eroğlu Şimali Lefkoşada keçirdiyi görüşlərdə Türkiyədən Kipr adasının şimalına nəql olunacaq içməli suyun idarə olunmasına dair müzakirələr aparıb. Görüşlərdə nəql olunacaq su Şimali Kipr üçün həyati əhəmiyyət daşıyan böyük qənimət kimi dəyərləndirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul