Bakıda “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bakıda “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
20:43 8 Avqust 2015
168 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 avqust, AZƏRTAC
Sentyabrın 8-dən 13-dək Bakıda “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda Azərbaycan-Türkiyə-Ukrayna Beynəlxalq elmi konfransı (MADEA-7) keçiriləcək.
AZƏRTAC xəbər verir ki, artıq yeddinci dəfə keçirilən konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Türkiyənin Mərsin Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının (MEA) Riyaziyyat İnstitutu, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti və Ukrayna MEA-nın Y.A.Mitropolski adına Beynəlxalq Riyaziyyat Mərkəzidir.
İngilis, rus və türk dillərində keçiriləcək konfransda tətbiqi analiz, yaxınlaşma nəzəriyyəsi, ekstremal problemlər, funksional analiz, funksional-diferensial və stoxastik tənliklər, harmonik analiz, inteqral dəyişikliklər, diferensial tənliklər nəzəriyyəsində keyfiyyətli və asimptotik üsullar, natamam diferensial tənliklər və digər elmi sahələr üzrə müzakirələrin aparılması nəzərdə tutulur.
Xatırladaq ki, ilk konfrans 2003-cü ilin avqustunda Ukraynada keçirilib.
Qeydiyyat sentyabrın 8-9-da aparılacaq.
Ətraflı məlumatı madea2015.imm.az saytından əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Riyazi_analiz_diferensial_tenlikler_ve_onlarin_tetbiqleri_movzusunda_beynelxalq_elmi_konfrans_kechirilecek-876323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR