"Mənə gül əvəzinə bahalı daş-qaşlar alın"

"Mənə gül əvəzinə bahalı daş-qaşlar alın"
15:32 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Ayan Babakişiyeva qızı Selenaya ad günü keçirmək istəyir
Milli.Az xəbər verir ki, axsam.az-a açıqlama verən ifaçı 1 yaşı olacaq övladının özündən məşhur olduğunu deyib:
“Selenanın adına İnstagram-da səhifə açmışam. O, indi məndən məşhurdur. İzləyiciləri yüz mini ötüb. Övladımın ad gününə az qalıb. Qeyd etməyi düşünürəm. Əgər keçirsəm, medianın çəkilişinə də icazə verəcəm. Məndə elə xüsusiyyət yoxdur ki, əvvəlcə dəvət edib sonra çəkilişə icazə verməyim. Mən mediaya hörmətsizlik etmərəm”.
 
Ayan geyimlərinə çox pul xərclədiyini bildirib:
"Klip təqdimatına geyindiyim libası “Dior”dan almışdım. Paltarlarıma çox pul xərcləyirəm. Buna görə kim məni qınayır-qınasın. Heç vecimə də deyil. Əsas odur ki, gözəl görünüm. Sevənlərim məni hər zaman baxımlı görsünlər. Mən anadangəlmə "kraliçayam"".
 
Müğənni “Səndən sonra” adlı mahnısının klip təqdimatında ona göndərilən hədiyyələrdən də danışıb:

“Güllərdən birinin üstündəki kağıza “Məndən çox uzaqda olsan belə, sən həmişə mənimləsən. Bir-birimizin ürəyindəyik" sözləri yazılıb. Kim olduğunu bilmirəm. Mən ucuz gül hədiyyələrini sevmirəm. Deyirəm ki, mənə onun əvəzinə brilliant, bahalı daş-qaşlar alın”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR