Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

15:43 26 Yanvar 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 460.1-ci maddəsinin şərh edilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 18-nə təyin edilmiş iclasında baxılacaq.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR