"Bir həftə əvvəl dəfn olunan" Uitni Hyustonun qızı Bobbi Kristina Brounun ölümündə həyat yoldaşı Nik Qordon günahlandırılır.
ANS PRESS-in məlumatına görə, məşhur "People" dərgisi Bobbi Kristinanın dəfnindən sonra mövzunu bir daha gündəmə gətirib. Jurnalda dərc edilən məqalədə bildirilir ki, Nik Kristinanın anasından miras qalmış sərvətini əldə etmək üçün belə addım atıb.

Məqalədə yazılır; "Vanna otağında yıxılmış halda tapılmazdan bir neçə gün əvvəl Bobbini sevgilisi dostlarının yanında döyüb. Yanvarın 31-də xəstəxanaya çatdırılan Brouna qarşı şiddət həmin günə qədər davam edib. Uzun mübahisədən sonra Nik sevgilisinə kokteyl içirdib və başını içərisi su dolu vannaya salıb. O, Bobbinin xəyanət etdiyini və buna görə döydüyünü deməkdən çəkinməyib. Hyustonun ailəsindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib".


31 yanvarda Atlantdakı evində huşsuz vəziyyətdə tapılan 22 yaşlı Bobbi Kristina Braun 6 ay komada qaldıqdan sonra iyulun 27-də vəfat edib. Onun narkotik aludəçisi olduğu bildirilirdi.

Məşhur müğənninin qızının müəmmalı ölümü... (FOTO)
Bobbi Kristina Braun huşsuz vəziyyətdə tapıldıqdan sonra xəstəxanaya aparılarkən


Məşhur müğənninin qızının müəmmalı ölümü... (FOTO)
Bobbi Kristina anası Uitni Hyustonla


Doğmaları Kristina Bobbi onu həyatda saxlayan aparatdan ayırdıqdan sonra onun hər an dünyadan köçməsinə hazır idilər.


Bobbi Kristinanın başına gələnlərdə əri Nik Qordonun günahı olduğu istisna edilmir. O, gənc həyat yoldaşını huşsuz halda hamam otağında tapdığını deyib. Lakin onun Bobbini döydüyü, sonra isə təcilə yardıma xəbər verdiyi ehtimal edilir. İstintaq bir neçə versiya üzərində çalışır.

Məşhur müğənninin qızının müəmmalı ölümü... (FOTO)
Bobbi Kristina və əri Nik Qordon


Xatırladaq ki, Bobbinin anası tanınmış musiqiçi Uitni Hyuston 3 il əvvəl fevralın 12-də Los Ancelesin "Beverli Hilton" otelində vanna otağında ölü tapılmışdı. Onun qızı 22 yaşlı Bobbi keçən il anasının övladlığa götürdüyü Nik Qordonla ailə qurub.