Körpənizdə südə qarşı alergiya varsa

Körpənizdə südə qarşı alergiya varsa
21:47 9 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Südə qarşı allergiya yoxsa laktozaya qarşı dözümsüzlük?

Milli.Az qadınklubu-na istinadən bildirir ki, körpələr südə qarşı allergik və ya dözümsüz ola bilərlər. Allergiya dözümsülükdən daha pisdir, lakin əlamətlərin bəziləri oxşardır, bu da onların təyin olunmasını çətinləşdirir. Südə qarşı allergiyaya immun sistemin süddəki bir və ya bir neçə proteinə qarşı reaksiyası daxildir. Halbuki, dözümsüzlüyə immun sistemi daxil deyil. Dözümsüzlük süddə müəyyən maddələrin həzm oluna bilməməsi səbəbindəndir. Ən çox rast gəlinən nümunələrdən biri laktozaya qarşı dözümsüzlükdür. Bu halda, bəzi insanlar kifayət qədər laktoz fermenti ifraz edə bilmirlər, bu da laktozun həzm olunmasını çətinləşdirir. Həzm olunmayan laktoz islah, köpmək və qaz kimi narahat əlamətlərə səbəb olur.

Körpələrdə südə qarşı allergiyanın əlamətlərini tanımaq qaydası

Əgər körpənizdə südə qarşı allergiya varsa, o inək südünə, tərkibində inək südü olan qatışıqlar və bəzən, lakin, çox nadir hallarda, əgər yaxın zaman ərzində süd məhsulları yemisinizsə və ya içmisinizsə sizin ana südünüzə qarşı reaksiya göstərəcək. Körpədə südə qarşı allergiyaya mədədə qıcolma, qusma, islah, səpgi, qızartı, ekzema və tənəffüs çətinlikləri daxildir. Ayrı əlamətlərə mədə qurdları daxil ola bilər, lakin əgər körpəniz bədənin iki fərqli hissəsində təsir görürsə - nümunə olaraq, mədəsi və dərisində, qusma və qızartı formasında - siz həkiminizə və ya səhiyyə işçisinə məsləhət üçün müraciət etməlisiniz.

İnək südünə qarşı allergiyası olan körpələrdə adətən quzu südünə və digər heyvanların südünə qarşı da allergiya olur, çünki onlar eyni proteinləri təşkil edirlər. Təəssüf ki, körpədə inək südünün proteinlərinə qarşı allergiyanı analiz etmək üçün tək bir yoxlama yoxdur, buna görə də, analizlər kombinasiyası və bir neçə dəfə ixtisar və yenidən qidalandırma pəhrizlərinə bir çox hallarda ehtiyac duyulur. Əgər körpənizdə allergiyanın olduğundan şübhələnirsinizsə, həkimə müraciət etməyiniz vacibdir.

Körpələrdə qidalandırma və südə qarşı allergiyalar

İnək südünə qarşı allergiyanı idarə etmyə inək südünün körpənin bütün pəhrizlərindən çıxarılması daxildir, buna görə də, siz qida etiketlərini və inqridiyenlərini oxumalı və onlarla tanış olmalısınız, çünki süd gözlənilməz yerlərdə qarşınıza çıxa bilər. Qida etiketləndirilməsi qanunları sizə kömək etmək üçündür və süd kimi ümumi allergen maddələr öncədən qablaşdırılmış qidalarda göstərilməlidirlər.

Nadir hallarda, körpəniz sizin ana südünüzə pəhrizinizdən keçmiş süd proteinlərinə qarşı reaksiya göstərə bilər. Əgər körpənizə inək südünün proteinlərinə qarşı allergiya ilə diaqnozu qoyulubsa və siz onu ana südü ilə qidalandırırsınızsa, siz pəhrizinizi dəyişməli ola bilərsiniz - lakin, bu yalnız həkiminizlə məsləhətləşdikdən sonra edilməlidir.

Allergiyası olan körpələr üçün qatışıqlar

Əgər körpənizi qatışıqla qidalandırırsınızsa və inək südünün proteinlərinə qarşı allergiya ilə diaqnozu qoyulubsa, həkimininiz sizə südə qarşı allergiyası olan körpələr üçün xüsusi hidrolizə edilmiş qatışıq təyin edə bilər. Bu qatışıqdakı protein körpənizin immun sistemi onu allergen olaraq qəbul etməsin deyə kiçik hissələrə bölünmüşdür. Bu proses qatışığın qidalandırma dəyərinə təsir etmir. 6 aydan əvvəl soya qatışıqları məsləhət deyil, çünki inək südü qatışıqlarına reaksiya göstərən körpələr adətən soya qatışıqlarına da reaksiya göstərirlər.

Südə qarşı allergiya körpələrdə tez-tez rast gəlinir?

1 yaşından aşağı uşaqların yalnız 2-7.5 %-i inək südünə qarşı allergikdirlər. 3 yaşına çatanda, bir çox uşaqların inək südünə qarşı allergiyası ötüb keçəcək, lakin çox azında bu 6-8 yaşlarına kimi davam edə bilər. Bu , xüsusən əgər ailədə əvvəllər allergiya olubsa yetkin yaşa qədər də qala bilər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR