"Biz özümüzü məhv etdik"

"Biz özümüzü məhv etdik"
11:12 10 Avqust 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının yeni mövsümü "Arsenal" üçün uğursuz başlayıb. Öz meydanında "Vest Hem Yunayted"i qəbul edən "topçular" 8 illik fasilədən sonra (0:2) rəqibə uduzublar. Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra Arsen Venger komandasının məğlubiyyətinə belə şərh verib:

"Çətin olsa da, bu, işimizin bir hissəsidir. Uğurlu komanda çətinliklərə reaksiya verməsi ilə seçilir. Düz yol yoxdur. Mövsümə yaxşı başlamadıq. Belə təcrübəli komandanın ilk hissənin sonunda qapısından top buraxması anlaşılan deyil. Biz özümüzü məhv etdik".

Fransalı mütəxəssis Tyerri Anrinin kluba Benzemanı transfer etməklə Çempionlar Liqasında da iddialı çıxışa ümid etmə ehtimalına da münasibət bildirib.

"Anriyə və onun futbol biliyinə hörmətim böyükdür. Amma hər şey onun dediyi kimi riyazi səciyyə daşımır. Biz komanda oyununu inkişaf etdirib qollar vurmağı bacaran bir nəfərdən asılı olmalı deyilik. Düşünürəm ki, Olivye Jiru ötən mövsümü tam oynasaydı, 20-dən çox qol vurardı. Çemberleyn kimi iddialı futbolçunun 10 qol vurmaq istədiyinə inanmıram.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR