Niyam sürpriz hazırlayır (VİDEO, FOTO)

Niyam sürpriz hazırlayır (VİDEO, FOTO)
15:21 10 Avqust 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Niyam Salami solo konsert vermək niyyətindədir. İfaçı ANS PRESS-ə açıqlamasında, avqustun 17-də paytaxt məkanlarının birində çıxış edəcəyini dedi:

“Artıq bütün komandamla birgə avqustun 17-də verəcəyim konsertin hazırlıqlarına başlamışam. Həmin gecədə sürprizlər olacaq. Yeni mahnılar yazdırmışam. ”Gum-gum” adlı mahnıma çəkilmiş klipi bu yaxınlarda təqdim etdim. Amma bu klip son deyil. Yeni mahnılarıma ekran həyatı verəcəm. Hələlik əsas diqqətimi verəcəyim konsertə yönəltmişəm. Həmin gün mənim qonaqlarım müğənnilərdən Hacı Nazim, Emil Bədəlov, Həcər Əliyeva, aktyor Elnur Kərimov olacaq. Düşünürəm ki, fərqli bir formatda konsert verəcəyəm. Bütün sevənlərimi də həmin konsertə dəvət edirəm”.

Qeyd edək ki, N.Salami onu da əlavə edib ki, Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın repertuarından olan “Balım” adlı bəstəni oxuyub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR