“İnter”in yarımmüdafiəçisi qışda klub tapmasa karyerasını bitirəcək
- Eşitdiyimizə görə, artıq 3 həftəyə yaxındır ki, “İnter”in məşqlərinə qatılmırsınız?
- Kimdən eşitmisiniz?
- Kollektiv daxilindəki mənbələrdən...
- 3 həftə yox, təqribən 10 gün olar.
- Bu nə ilə əlaqədardır?
- Yəqin ki, “İnter”dən gedəcəyəm. Ona görə.
- Klubla müqaviləniz nə vaxt başa çatır?
- Dekabrın axırında.
- Müqaviləniz ola-ola məşqlərdən kənarda qalmağınıza rəhbərlik necə yanaşır?
- Məşqlərdən kənarda qalmaq deyəndə ki, həm də sol ayağım bir az ağrıyır. Zədəm var.
- “İnter”dən ayrılmağınıza səbəb nədir?
- Əsas səbəb oynamamağımdır.
- Komandadan gedəcəyiniz haqda məşqçini məlumatlandırmısınız?
- Hansı məşqçini?
- Baş məşqçi Valentin Xodukini.
- Hə... Məşqçi demək olarsa.
- Deyəsən, Xodukunin baş məşqçi qabiliyyətinə şübhə edirsiniz...
- Mən bilirəm o necə məşqçidir. “İnter”də olduğum 1,5 il ərzində onun necə məşqçi olduğunu gördüm.
- Baş məşqçinin hansı xüsusiyyətindən şikayətlənirsiniz?
- Heç bir şikayətim yoxdur. Sadəcə, problem oynamamağımdadır.
- Xodukinin məşqçilik qabiliyyəti Sizdə nə vaxtdan şübhə doğurmağa başladı?
- Mənim onun məşqçiliyi ilə nə işim var? O qədər məşqçilərlə işləmişəm ki...
- Xodukinin əvvəllər birgə çalışdığınız baş məşqçilərdən zəifliyini iddia edirsiniz?
- Yox... Mənim onunla nə işim var? Qoca kişidir. Gələcəkdə vaxt olar, bu haqda ətraflı danışarıq.
- Necə düşünürsünüz, əsas heyətdə oynamağa layiq olduğunuz halda, baş məşqçi Sizi qəsdən meydançaya buraxmır?
- Yəqin ki... Mən heç kimə nəyisə sübut etmək istəmirəm. Amma heç kimdən zəif deyiləm.
- “Heç kimdən zəif deyiləm” kəlməsinə futbolçularımızın açıqlamalarında tez-tez rast gəlinir. Bəlkə Xodukinin Sizin mövqeyinizdə oynatdığı futbolçudan güclü olmadığınız üçün əsas heyətə düşmürsünüz?
- Hər halda mən heç kimdən zəif deyiləm. Bunu mənim oyunuma baxan da deyə bilər. Ümumi futbol prinsipləri ilə götürsək, yəqin ki, əsas heyətdə mən oynamalıyam.
- Demək, futboldankənar amillərə görə oynamırsınız?
- Yəqin ki...
- Nəyi nəzərdə tutursunuz? Bəlkə aranızda bir konflikt olub?
- Yox, konflikt-zad yoxdur.
- Bəlkə Xodukinin sevimli oyunçuları var?
- Onu deyə bilmərəm.
- Bəs hansı futboldankənar amillərdən danışırsınız?
- (gülür) Onun da vaxtı var. Deyərik. Hara tələsirsən.
- Bu açıqlamalarınız üzündən başqa kluba keçidinizdə Sizə problem yaradılacağından qorxmursunuz?
- “İnter”lə müqaviləm başa çatır. Heç bir problem yaradılan deyil.
- Danışıqlar apardığınız klub var?
- Yox, hələ heç nə yoxdur.
- Təklif də yoxdur?
- Xeyr.
- Qış transfer dövründə münasib klub tapacağınıza ümidlisiniz?
- Tapsam, görəcəksiniz. Tapmasam da, nə bilim...
- Karyeranızı bitirəcəksiniz?
- Yəqin ki.
- Əslində klub çoxdur. Yəqin ki, ən pis halda Ədaim Niftəliyev kimi “Bakılı”da da çıxış etməyinizdə bir problem yaranmaz...
- Bu barədə indidən bir söz deyə bilmərəm. Hər halda, münasib klub olmasa, futbolla vidalaşacağam.
- Müqavilənizin başa çatdığını bilə-bilə indiyədək heç bir klubun Sizinlə danışıqlara başlamaması bir qədər inandırıcı deyil...
- Hələ birinci dövrə indi qurtarır. Görək dövrələrarası fasilə vaxtı hansı təkliflər olar.
- Ümumiyyətlə, bundan sonra nə qədər çıxış etmək fikriniz var?
- Nə qədər gücüm çatsa, o qədər.
Elşən Məmmədov
Mahmud Qurbanov: “Xodukin məşqçi yox, qoca kişidir” - MÜSAHİBƏ
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Tbilisi - Bakı qatarı gecikmə ilə yola düşüb
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hörmüzdə ABŞ-yə aid sualtı qurğu ələ keçirildi - SEPAH
Bu gün
·
14:46
“Qalatasaray”da böyük ayrılıq - Yanvarda gedirlər
Bu gün
·
14:31
Azərbaycan XİN Türkmənistanı təbrik etdi
Bu gün
·
14:17
"Qarşıdakı qurultay növbədənkənar deyil" - Tahir Budaqov
Bu gün
·
13:23
DTX və XKX rəisləri Zəfər parkını ziyarət etdilər - FOTO
Bu gün
·
13:07
Göyçayda Anım Günü qeyd olundu - FOTO
Bu gün
·
13:01
Prezident və xanımı Zəfər parkında - VİDEO
Bu gün
·
12:52
Sentyabrın 28-də Bakıda hava necə olacaq?
Bu gün
·
12:46
Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO
Bu gün
·
12:28
Şahin Bağırov ona vəzifə verdi - FOTO
Bu gün
·
12:10
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Bu gün
·
12:06
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı
Bu gün
·
11:53
Göyçayda Vətən müharibəsi şəhidləri ziyarət edilir - FOTO
Bu gün
·
11:47
Lerik rayonunda zəlzələ oldu
Bu gün
·
11:35
Prezident və xanımı Anım Günü ilə əlaqədar Zəfər parkında olublar - FOTO
Bu gün
·
10:29