AZAL futbol komandası növbəti yoldaşlıq oyununu keçirib

AZAL futbol komandası növbəti yoldaşlıq oyununu keçirib
18:38 26 Yanvar 2015
161 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Təlim-məşq toplanışını Bakıda davam etdirən AZAL futbol komandası növbəti yoldaşlıq oyununu keçirib.
Komandadan AzərTAc-a bildiriblər ki, komanda rəsmi oyunlar öncəsi son sınaqda “Şuşa” ilə qarşılaşıb. “AZAL Arena”da keçirilən görüş heç-heçə yekunlaşıb – 1:1. Matçda hesabı rəqib komanda açsa da ev sahibləri son dəqiqədə bərabərlik qolunu vurublar. Kərim Diniyevin cərimə zərbəsindən sonra top heç kimə toxunmayaraq qapıya daxil olub.
AZAL əvvəlki 4 matçda 2 heçə-heçə (“Qaradağ Lökbatan” – 2:2, “Sumqayıt” – 0:0) və 2 qələbə (“Sumqayıt” – 1:0, “Bakı” – 1:0) əldə etmişdi. Komanda bununla qış təlim-məşq prosesini başa vurub. Sabah istirahət edəcək komanda üzvləri bazar ertəsindən XIX turda qarşılaşacağı “Neftçi” ilə görüşün hazırlıqlarına başlayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZAL_futbol_komandasi_novbeti_yoldasliq_oyununu_kechirib-827601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR