Bakı, 12 avqust, AZƏRTAC
Bu ilin ikinci rübündə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) içməli su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərinin sayı 13 minədək artıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, iyulun 1–nə “Azərsu”da 1 milyon 344 min 523 abunəçi içməli su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 1 milyon 229 min 287-i və ya 95,8 faizi əhali, 55 min 236-sı və ya 4,2 faizi isə qeyri-əhali qrupu abunəçiləridir. Bu ilin aprel, may və iyun aylarında əhali qrupu abunəçilərinin sayında artım 12 min 304 min, qeyri-əhali qrupu abunəçiləri üzrə isə 682 abunəçi təşkil edib.
İyul 1-nə “Azərsu” ASC-nin sayğacla təmin olunmuş abunəçilərinin sayı 735 min 929-a çataraq sayğaclaşma səviyyəsi 57,9 faiz təşkil edib. Hazırda əhali qrupu abunəçilərinin 57 faizi, qeyri-əhali qrupu abunəçilərinin isə 78,5 faizi sayğaclarla təmin olunub.