Milli.Az komandaların növbəti FİFA reytinqi sentyabrın 3-də açıqlanacaq. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, artıq reytinq siyahısının təxmini cədvəli hazırdır.

Bu siyahıda dünyanın 209 yığması yer alıb. Sonuncu dəfə avqustun 6-da açıqlanan cədvəllə müqayisədə təxmini cədvəldə cüzi dəyişikliklər baş verib. Bu da hesabat dövründə az sayda da olsa, qarşılaşmaların keçirilməsi ilə bağlıdı.

Dəyişikliklər Azərbaycan millisinə də təsir edib. Son 4 həftədə meydana çıxmayan komandamızın geriləyəcəyi gözlənilir. Çünki xal hesabı 302-dən 291-ə qədər azalan Robert Prosineçkinin yetirmələri 110-cu pilləyə düşüblər. Son siyahıda 106-cı olan yığmamız 11 xal itirdiyindən təxmini cədvəldə 4 pillə geri düşüb.

Millimiz və "qonşuları"
105 (104). Syerra-Leone - 304
105 (105). Antiqua və Barbuda - 304
107 (110). Salvador - 300
108 (108). Zimbabve - 298
109 (107). Litva - 294
110 (106). AZƏRBAYCAN - 291
111 (111). Namibiya - 284
112 (119). Kuba - 280
113 (115). Sent Vinsent və Qrenadin - 274
114 (113). Mavritaniya - 273
115 (112). Bəhreyn - 272

Təxmini FİFA reytinqinin ilk "onluğ"unda da dəyişiklik diqqət çəkir. 8-ci olan İngiltərə 2 pillə geriləyibsə, Çili eyni qədər irəliləyib. Bu yerdəyişmə avqustun 6-daki siyah ilə müqayisədə ən yaxşı 10 komanda arasında yeganə fərqdir.

İlk "onluq"

1 (1). Argentina - 1442
2 (2). Belçika - 1229
3 (3). Almaniya - 1248
4 (4). Kolumbiya - 1224
5 (5). Braziliya - 1209
6 (6). Portuqaliya - 1186
7 (7). Rumıniya - 1176
8 (10). Çili - 1149
9 (9). Uels - 1146
10 (8). İngiltərə - 1143

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız İtaliya mövqeyini qoruyacaq. Bolqarıstanla Norveç isə öz yerlərini dəyişiblər. Bundan başqa, Xorvatiya və Malta hərəyə 1 addım geriləyəcək.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
14 (13). Xorvatiya - 1037
16 (16). İtaliya - 1012
68 (69). Bolqarıstan - 503
69 (68). Norveç - 496
160 (159). Malta - 154

Püşkü ötən ay atılan DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimiz arasında isə irəliləyən olmayıb. Norveç və Şimali İrlandiya hərəyə 1 pillə geriləyibsə, Almaniya, Çexiya, San-Marino təxmini siyahıda mövqeyini qoruyub.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya - 1248
20 (20). Çexiya - 940
41 (40). Şimali İrlandiya - 687
69 (68). Norveç - 496
192 (192). San-Marino - 40

Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda hesabında olan 635 xalla 3 pillə geriləyib. "Ay-ulduzlular" bu cədvəldə 46-cıdı.

Milli.Az