Qubada polis hərəkətə keçdi (VİDEO)

Qubada polis hərəkətə keçdi (VİDEO)
00:01 27 Dekabr 2014
144 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Qubada nizam-intizamsız sürücülər üçün yaşıl işıq yanmadı. Onlardan bəziləri yolda kobud idarəediciliyinin pis qiymətini aldı.

ANS TV-nin məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Quba polis şöbəsinin yol polisi və Post-Patrul Xidməti əməkdaşları ilə Quba şəhərinin bir neçə hissəsində reyd keçirdi. Yol polislərinin yoxlamaları heç də bütün sürücülərin ürəyincə olmurdu. Yol polislərini görüb aradan çıxmaq istəyən “Mercedes”in sürücüsü kimi.

Polislərə tabe olmayan, sərxoş olduğu deyilən sürücü inzibati tədbir görülməsi üçün polis şöbəsinə aparıldı.

Reyddə əksər sürücülər polisin əmrinə tabe olsalar da, sayğısızlıq göstərənlər də vardı.

Reydi görüb qaçan sürücülər də diqqətimizdən yayınmadı. Bəzi sürücülər isə polisin bu əməliyyatını təqdirəlayiq sayır.

Reyd zamanı avtomabilin konstruksiyalarını dəyişən, şüşəsinə qadağan olunmuş pərdə vuran sürücülər də inzibati şəkildə cəzalandırıldı. Baş Dövlət Yol Polisi İdarəsi isə bundan əvvəlsə Ağdaş-Yevlax bölgəsində reyd kecirib.

BDYPİ-nin şöbə rəisi Ərəstun Məcidovun sözlərinə görə, reydlərin keçirilməsində əsas məqsəd yol nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb olan qayda pozuntularına yol vermış sürücüləri aşkar edib məsuliyyətə cəlb etməkdən ibarətdir.

Yol polislərinin növbəti reydləri isə sabah Xaçmazda keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR