Bu ilin mayında FİFA-da baş verən rüşvət qalmaqalı ilə əlaqədar saxlanılan qurumun 7 rəhbərindən biri Xulio Roça vətəni Nikaraquaya ekstradisiya olunmağa razılıq verib.

Həbs olunan FİFA funksionerindən yeni xəbər
Xulio Roça

ANS PRESS-in məlumatına görə, təqsirləndirilən şəxsin ekstradisiyası ABŞ və Nikaraquanın birgə istəyi nəticəsində baş tutub.

FİFA-da Roça inkişaf üzrə direktor vəzifəsində çalışıb. Bundan əvvəl isə o, Nikaraqua milli futbol federasiyasına başçılıq edib.

FİFA-nın 14 funksionerı rüşvətxorluq və çirkli pulların yuyulmasına görə ABŞ prokurorluğu tərəfindən ittiham edilib. Onların 7-si Sürix şəhərində həbs edilib. Nikaraqua onların ekstradisiyasını tələb edirdi, amma buna ABŞ-ın razılığı tələb olunurdu.

Nikaraquanın Ədliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, ölkə prokurorluğu Roçanı öz mənfəəti üçün vəzifəsindən sui-istifadə etməkdə ittiham edir. Roça ilə birgə həbs edilən FİFA-nın eks vitse-prezidenti Ceffri Veb ölkəsinə iyul ayında ekstradisiya edilib. Ceffri Veb Şimali və Mərkəzi Amerikanın, həmçinin də Karib ölkələrin futbol konfederasiyasına rəhbərlik edib. Nyu-Yorka qayıdan zaman sabiq vitse-prezident 10 mln dollar girov müqabilində azad edilib və hakimin qərarı ilə ev dustağı kimi saxlanılır.

Həbs olunan FİFA funksionerindən yeni xəbər
Ceffri Veb

Ümümilikdə, korrupsiyayla bağlı FİFA-dan 14 nəfər tutulub, onların arasında biznesmenlar da var. ABŞ Ədliyyə Nazirliyinin qeyd edib ki, 24 ildə onlar təxminən 150 mln dollar məbləğində rüşvət alıblar.