Bakı, 17 avqust, AZƏRTAC
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş tətbiq edilməsi” layihəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə layihə barədə ətraflı məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş tətbiq edilməsi, narkomaniyadan və pis vərdişlərindən uzaq durmaq üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində və eyni zamanda, idman cəmiyyətlərində maarifləndirmə və idman tədbirlərinin keçirilməsidir.
Layihə üç ay ərzində Abşeronda və Bakıətrafı qəsəbə və kəndlərdə reallaşdırılacaq.