İspaniya Superkuboku sahibini tapıb.

Metbuat.az-ın məlumatına görə, cavab görüşündə "Barselona" "Kamp Nou"da "Atletik"i qəbul edib. İlk matçda Bilbao klubu 4:0 hesabı ilə qalib gəldiyindən "Barselona"nın 5 top fərqli qələbəyə ehtiyacı var idi.

Oyunda hesab 43-cü dəqiqədə açılıb. Lionel Messi fərqlənib. İkinci hissədə Jerar Pike komandasını azlıqda qoyub. Say çoxluğundan lazımınca faydalanan "Atletik" Adurislə hesabı bərabərləşdirib. Görüşdə başqa qol olmayıb. İki oyunun hesabına görə 5:1 üstün olan "Atletik" İspaniya Superkubokunun qalibi adını qazanıb.

İspaniya Superkuboku

Cavab görüşü

"Barselona" - "Atletik" - 1:1

Qollar: Messi, 43 - Aduris, 74

Oyunun videoicmalını təqdim edirik.