Türkiyə Superliqasında yay fasiləsi başa çatıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2015/16 mövsümünə artıq start verilib.
Mövsümün ilk turunun açılış matçında "Fənərbağça" meydançaya çıxıb. Yeni ulduz transferləri ilə diqqət çəkən "sarı-lacivərdlilər" doğma meydançada sabiq "Qarabağ"lı Muarem Muaremin formasını geyindiyi "Əskişəhərspor"u qəbul edib. Meydan sahibləri birinci hissənin sonlarında vurduğu 2 qolla qələbə qazanmağa nail olub.
Son çempion "Qalatasaray" ilk turdaca büdrəyib. "Cim-bom" çətin Sivas səfərində 1 xalı güclə "qoparıb". Son yarım saata 2 top fərqi ilə geridə girən "sarı-qırmızılılar" bununla belə, heç-heçə etməyi bacarıblar.
Turun mərkəzi görüşü Trabzonda oynanılıb. Avrokuboklarla erkən vidalaşan "Trabzonspor" güclü heyət yığan "Bursaspor"la qarşılaşıb. Erkan Zenginin yeganə qolu "bordo-mavililər"ə 3 xal qazandırıb.
Çempionluğa iddia edən "Beşiktaş" isə "Mersin İdmanyurdu"nun qonağı olub. 7 qolun vurulduğu qarşılaşmadan "ağ-qaralar" böyük hesabla qalib ayrılıblar.
Turun diqqət çəkən məqamlarından biri də "Antalyaspor"un yeni transferi, 34 yaşlı Samuel Eto`Onun uğurlu debütüdü. "Başakşəhər" üzərində qazanılan qələbədə dubl edən ulduz futbolçunun böyük əməyi olub.
Türkiyə Superliqası
I tur
"Fənərbağça" - "Əskişəhərspor" - 2:0
Qollar: Musa Sou, 45+1, Fernandao, 45+3
"Trabzonspor" - "Bursaspor" - 1:0
Qollar: Erkan Zengin, 67
"Başakşəhər" - "Antalyaspor" - 2:3
Qollar: Madureyra, 46, Çikaleşşi, 61 - Bassan, 22, Eto`o, 50, 64
"Sivasspor" - "Qalatasaray" - 2:2
Qollar: Şaşeşu, 10, 55 - Burak, 60, Podolski, 81
"Konyaspor" - "Akhisar" - 1:1
Qollar: Dossa Junior, 80 - Kustodio, 20
"Osmanlıspor" - "Kayserispor" - 1:1
Qollar: Nayir, 88 - Sinan Bakış, 90+3
"Qaziantepspor" - "Kasımpaşa" - 0:3
Qollar: Adəm Büyük, 80, Yardımçı, 89, Della Valle, 90+3
"Mersin İdmanyurdu" - "Beşiktaş" - 2:5
Qollar: Nakoulma, 20, 90 - Cenk Tosun, 9, 44, 68, Olcay, 74, Kərim Frey, 90+3
"Gənclərbirliyi" - "Çaykur Rizəspor" - 2:3
Qollar: Tomiç, 59, Dimitriadis, 74 - Ahmet İlhan, 45, Kveuke, 87, 90+2
Milli.Az