Gürcüstanın prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib

Gürcüstanın prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib
03:17 27 Dekabr 2014
92 Dünya
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 03:12 ]

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın prezidenti Georgi Marqvelaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu prezidentin xarici əlaqələr üzrə müşaviri Tenqiz Pxaladze bəyan edib.

 

Onun sözlərinə görə, Gürcüstan prezidenti bildirib ki, əgər görüş Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsinə aid olarsa, onda prezident bu görüşə hazırdır: "Görüş Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsinə aid olarsa prezident hər bir kəslə görüşməyə hazırdır." 

 

O, həmçinin qeyd edib ki, əvvəllər prezident dəfələrlə də bu barədə danışıb, lakin hazırkı  mərhələdə görüş planlaşdırılmayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR