Gəncədə “Gənclərin fərdi inkişaf akademiyasi” layihəsinin icrasına başlanılıb

10:53 27 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 27 yanvar, AzərTAc
Gəncədəki “Odlar Yurdu” Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin fərdi inkişaf akademiyası” adlı yeni layihənin icrasına başlayıb.
Layihənin əsas məqsədi gənclərin fərdi inkişafına nail olmaq, onların gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarını genişləndirmək, vacib olan biliklərin verilməsinə və formalaşdırılmasına nail olmaqdan ibarətdir.
Birliyin sədri Nigar Ələsgərova AzərTAc-a bildirib ki, layihə çərçivəsində seçiləcək 100 nəfər gəncə peşəkar təlimçilər tərəfindən fərdi inkişaf və gələcək fəaliyyət üçün vacib olan mövzularda məşğələlər keçiriləcəkdir.
Akademiya hər biri 3 gün olmaqla 2 müxtəlif məkanda 50 nəfəri əhatə edəcək. Layihənin gənclərə daha faydalı olması məqsədilə tədris olunacaq təlimlərdə gənclərin öyrənməyə ehtiyac duyduqları istiqamətləri müəyyən etmək məqsədilə sosial sorğu da aparılacaq. Bununla da layihənin icra müddətində 100 nəfər gənc fərdi inkişaf sahəsində əldə etdiyi bilikləri gələcək fəaliyyətində tətbiq edəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_Genclerin_ferdi_inkisaf_akademiyasi_layihesinin_icrasina_baslanilib-827715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR