İspaniya Futbol Federasiyası "Barselona"nın müdafiəçisi Jerar Pike ilə bağlı qərarını açıqlayıb.
Metbuat.az-ın məlumatına görə, ispan futbolçu 4 oyunluq diskvalifikasiya olunub. Buna onun İspaniya Superkubokunun cavab görüşündə hakimə qarşı işlətdiyi təhqiramiz ifadə səbəb olub.
Belə olan halda, "Barselona" "Atletik", "Malaqa", "Atletiko" və "Levante" ilə görüşlərdə Pikenin xidmətindən istifadə edə bilməyəcək.