Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyunları keçirilib. Oyunlar eyni saatda başlayıb.

ANS PRESS-in məlumatına görə, ilk oyun günü 5 qarşılaşma keçirilib.

"Bazel" evdə İsrailin "Makkabi" komandasını qəbul edib. Oyunda 2-2 –lik bərabərlik qeydə alınıb.

Şotlandiyanın "Seltik" kollektivi isə İsveçin "Malmö" klubu ilə mübarizədən 3:2 hesablı qələbə ilə ayrılıb. Albaniya "Skenderbeu" kollektivi öz meydanında Xorvatiyanın "Dinamo" klubuna 1:2 hesabı ilə məğlub olub.

Gecənin digər oyununda "Rapid" (Avstriya) və "Şaxtyor" (Donetsk, Ukrayna) üz üzə gəlib. Oyun 1-0 hesabı ilə Ukranya təmsilçisinin xeyrinə başa çatıb.

Ən maraqla gözlənilən oyunu isə İspaniyada keçirilib. 3-1"Valnsiya" doğma divarlar arasında "Monako"nu sınağa çəkib. Oyun "Valensiya"-nın 3-1 hesablı qələbəsi ilə başa çatıb.


Çempionlar Liqasının "pley-off" məlhələsinin ilk oyunları (FOTO, VİDEO)
Çempionlar Liqasının "pley-off" məlhələsinin ilk oyunları (FOTO, VİDEO)
Çempionlar Liqasının "pley-off" məlhələsinin ilk oyunları (FOTO, VİDEO)
"Valnsiya" "Monako" oyunundan maraqlı anlar