"Mançester Yunayted"in hücumçusu Ueyn Runi mövsümün əvvəlində fərqlənə bilməməsini müvəqqəti hesab edir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ingilis oyunçu bu barədə deyib:

"Mən bir uğursuz oyun keçirdim. Hər kəs bundan danışır. Amma belə alındı. Mən dürüst insanam və "Aston Villa" matçında imkanlarımdan aşağı çıxış etdiyimi bilirəm. Hesab edirəm ki, "Brügge" ilə oyunda yaxşı oynadım. Bir-iki dəfə fərqlənmək imkanım vardı. Bu, futboldur. Mövsüm hələ təzə başlanıb. Üç oyun keçirmişik, qarşıda çox matç var. Qollar gələcək".

Milli.Az