Türkiyənin İzmir şəhərində "Miss Exclusive of the World" gözəllik yarışı keçirilib. Müsabiqə Bakı vaxtı Number OneTV-də canlı yayımlanıb. Yarışda Azərbaycan da təmsil edilib.
Bu haqda məlumatı Milli.Az-a təşkilatçı Aqil Məmiyev verib:
O deyib ki, təmsilçimizə dəstək olmaq üçün Türkiyənin İzmir şəhərinə gedib.
"Final uğurlu keçdi. Ölkəmiz finala keçsə də, titul ala bilmədi. Müsabiqənin qalibi danimarkalı model Julia Propenko oldu. Qeyd etmək istəyirəm ki, "Miss Exclusive of the World" müsabiqəsinin Azərbaycan təmsilçisi Günel Şirəliyeva və Tatarstan təmsilçisi Liliya Alekseyeva müsabiqənin milli geyim gecəsində həmişə olduğu kimi çox dəyərli sənətşünaslıq üzrə fəlsəfə doktoru, PhD modelyer-dizayner Gülnarə Xəlilovanın kolleksiyasından geyinib.
Həmçinin müsabiqənin prezidenti Çağrı Tortopla sonuncu görüşümüzdə qərar verdik ki, gələn il bu müsabiqəni ölkəmizdə keçirək. Bu, ölkəmizi tanıtmaq və turizm baxımından çox gözəl addım olardı".
Möhtəşəm gecədə səhnədə Ece Seçkin və Sərdar Ortac yer alıb.
Xatırladaq ki, "Miss Exclusive of the World 2015" müsabiqəsində dünyanın 40 ölkəsindən qızlar iştirak edəcək. Keçən il bu müsabiqədə ölkəmizi tanınmış aktrisa və model Tamilla Həmidova təmsil etmişdi.
Milli.Az


