"Styaua"nın baş məşqçisi Mirel Radoya texniki zonadan futbolçularına göstəriş vermək qadağan edilib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı mütəxəssisə UEFA tərəfindən qoyulan bu qadağa onun lazımi məşqçilik lisenziyası almadığı üçündür. Rumıniya Futbol Federasiyası Radoyun bu qadağanı pozacağı halda onu 6 oyunluq diskvalifikasiya edəcəyini bildirib.
Qeyd edək ki, "Steaua"nın eks-futbolçusu rəsmən idman direktoru vəzifəsini yerinə yetirir. May ayında Konstantin Galkanın istefasından sonra Radoy baş məşqçi səlahiyyətini yerinə yetirməyə başlamışdı.
"Biz gərək həqiqəti deməzdik. Radoyun texniki zonada oturmasına ehtiyac yoxdur. Onun yeri mənim yanımda, VİP lojadadır", - klubun sahibi Cici Beçali deyib.
Milli.Az