Rok qrupu "Kiss"in solisti Cin Simmonsun Los-Ancelesdəki evinə polis basqın edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, polis musiqiçinin evindəki kompüterləri müsadirə edib.

Buna səbəb isə Cinin noutbuklarından uşaq pornoqrafiyasını yayan videoların yüklənməsi olub. Los-Anceles polisinin məlumatına görə, bu işdə musiqiçinin və ailə üzvlərinin hər hansı bir günahı yoxdur.

Sadəcə olaraq, Simmonsun kompüter şifrələrinin qırılmasından şübhələnirlər.

Milli.Az

Məşhur musiqiçinin evinə polis basqın etdi - uşaq pornoqrafiyasına görə