Xalq artisti: "Bir nakam sevginin quyruğundan tutub gedirik" - VİDEO

Xalq artisti: "Bir nakam sevginin quyruğundan tutub gedirik" - VİDEO
14:12 27 Yanvar 2015
338 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, xalq artisti Mübariz Tağıyev “Region TV”də yayımlanan “Şou məkan” verilişində şou-biznes aləminə sərt tənqidlər ünvanlayıb.
 
Sənətçi bunları söyləyib: “Bizim şou-biznes 6-7 nəfər üzərinə qurulub. O ona tullayır, bu buna tulayır. Qalmaqallar, dedi-qodular - bunlar lazım deyil. Özlərinə də lazım deyil. Belə şeylər onların evini yıxır. Elə bilirlər ki, reklamdır, normaldır, amma iç üzlərini açıb tökür. Sənət adamının reklamı onun yaratdıqlarıdır”.
 
Sevilən müğənni toy biznesindən də danışıb: “Toy biznesi olmalıdır, amma bütün istiqaməti ora yönəltmək düzgün deyil. Bu, sənət deyil”.
  
Xalq artisti bugünkü mahnı mətnlərini də tənqid edib: “Mahnı mətnləri həddindən artıq bəsit söz yığımıdır. Yarısı İngiltərədən, yarısı Fransadan, başı tülkü, quyruğu quş – belə bir mahnı yaranır. Bunların da dövranı 1 ildir, ondan uzağa gedə bilməz. Bir dənə nakam sevginin quyruğundan tutub gedirik. Ya ağlaşma qururuq, ya da sevinirsən ki, kimisə sevirsən. Vəssalam”.

Sənətçi yaradıcılıq planları haqda da məlumat verib: “Yeni mahnı da var, istək də var. Solo-konsertə də hazırlaşırıq”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/321198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR