x
Loading...
.

Ərzaq təhlükəsizliyi sülh quruculuğunda və siyasi sabitliyin təmin edilməsində vacib faktordur

Ərzaq təhlükəsizliyi sülh quruculuğunda və siyasi sabitliyin təmin edilməsində vacib faktordur
15:48 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.


Bakı, 27 yanvar, AzərTAc
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva dövlətləri münaqişə zonalarında ərzaq probleminin həlli ilə daha aktiv məşğul olmağa çalışıb.
AzərTAc BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, baş direktor münaqişə və dağıntının aclığa gətirib çıxardığını, aclığın isə insanları müharibə və terrordan daha çox məhv etdiyini deyib.
BMT-nin Sülh Quruculuğu Komissiyasının iclasında çıxış edən Joze Qratsiano da Silva bildirib ki, kənd təsərrüfatı və ərzaq təminatı sülhün möhkəmləndirilməsi və münaqişələrin həllinin vacib faktoru kimi nəzərə alınmalıdır.
FAO-nun baş direktoru iclasda deyib: “Ərzaq sabitliyi sülh quruculuğunda, siyasi sabitliyin təminində və davamlı inkişafın irəliləyişində vacib faktordur. Bəşəriyyət tarixində təkrar-təkrar müşahidə edirik ki, sərhədləri aşan münaqişələr amansız zorakılıq və qəddarlıq yaradır”. Onun sözlərinə görə, sabitlikdən “münaqişələrin qarşısının alınması və yumşaldılma aləti” kimi istifadə oluna bilər.
Aclığın insanları müharibə və terrordan daha çox öldürdüyünü vurğulayan Joze Qratsiano da Silva onu da xatırladıb ki, Somalidə 2010-2012-ci illərin quraqlığı nəticəsində yaranmış aclıqdan hər il 250 min adam ölüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Arzaq_tehlukesizliyi_sulh_quruculugunda_ve_siyasi_sabitliyin_temin_edilmesinde_vacib_faktordur-827798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR