Avropa İttifaqının mətbuat orqanları Azərbaycanın bu təşkilat üçün önəmindən bəhs edir

16:13 27 Yanvar 2015
125 Ölkə
Ölkə mətbuatı
A- A+


Brüssel, 27 yanvar, AzərTAc
Avropa Parlamentinin üzvləri, eyni zamanda, Avropa İttifaqı funksionerləri arasında böyük nüfuza malik “EurActiv” xəbər portalında “Almaniya Azərbaycanı çox vacib tərəfdaş hesab edir” sərlövhəli məqalə yerləşdirilib (http://www.euractiv.com/sections/europes-east/germany-calls-azerbaijan-increasingly-important-partner-311511).
Məqalədə Almaniyanın “Cənub” qaz dəhlizi layihəsinə verdiyi dəstək, rəsmi Berlinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, Azərbaycan–Almaniya əlaqələri, eyni zamanda, Azərbaycan–Avropa İttifaqı münasibətləri barədə məsələlər əksini tapır. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulanır.
Brüsseldə nəşr olunan “New Europe” qəzetində isə “Azərbaycan Berlində Avropa İttifaqının rolunu gücləndirir” sərlövhəli məqalə dərc edilib (http://www.neurope.eu/article/azerbaijan-strengthens-eu-role-berlin-davos).
Qəzetin ilk səhifəsində Ermənistanla bağlı mənfi (Ermənistan-Avropa İttifaqının ən böyük məyusluğu), Azərbaycanla bağlı müsbət məqalənin verilməsi ilə rəsmi Bakının Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaş olduğu, Ermənistanın isə əksinə, Avropanın ümidlərini doğrultmadığı oxucuların diqqətinə çatdırılır.
Məqalədə Azərbaycan Prezidentinin Berlinə və Davosa səfərinin nəticələri təhlil edilir, ölkəmizin Avropa İttifaqının vacib tərəfdaşı olduğu vurğulanır.
Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Brüssel

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Ittifaqinin_metbuat_orqanlari_Azerbaycanin_bu_teskilat_uchun_oneminden_behs_edir-827804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR