Quba, 26 avqust, Elxan Yusifli, AZƏRTAC
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə kəndlərdə yaşayan gənclərin ictimai fəallığını artırmaq məqsədilə reallaşdırdığı “Fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir avqustun 26-da Quba rayonunun qədim yaşayış məntəqələrindən biri olan Ağbil kəndində keçirilib. Təlimdə bu kənddə yaşayan 36 nəfər gənc iştirak edib.
Qeyd olunub ki, layihənin əsas məqsədi Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizi altında keçirilən tədbirlərə, eyni zamanda “Kənd təsərrüfatı ili” çərçivəsində müəyyən edilən vəzifələrə dəstək olmaqdan ibarətdir. Eyni zamanda, layihə gənclərin şəxsi potensiallarını, bacarıqlarını, keyfiyyətlərini üzə çıxarmaq, onlarda özünəinam və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə yardım məqsədi daşıyır. Layihə çərçivəsində psixoloji, sosioloji, fəlsəfi mövzularla yanaşı, gənclərdə müxtəlif bacarıqların inkişaf etdirilməsi istiqamətində də təlimlər təşkil olunacaq.
Çıxışlardan sonra təlimlərə start verilib. Gənclərə layihə çərçivəsində komanda işi, uğurlu komandanın, liderin xüsusiyyətləri, liderliyin növləri, fərdi inkişaf və motivasiya, özünüqiymətləndirmə və başqa mövzularda bilgilər çatdırılıb. İştirakçılara məlumatlandırıcı bukletlər, disklər, xüsusi hazırlanmış geyimlər paylanılıb. Təlimin sonunda onlara sertifikatlar təqdim olunub.
Layihə çərçivəsində Quba rayonunun daha 6 kəndində (Hacıqayıb, Qaraçay, Dağlı, Qəçrəş, Rustov, Püstəqasım) bu cür təlimlər təşkil olunacaq.
“Fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində növbəti tədbir Qubanın Ağbil kəndində keçirilib
“Fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində növbəti tədbir Qubanın Ağbil kəndində keçirilib
“Fərdi inkişaf məktəbi” layihəsi çərçivəsində növbəti tədbir Qubanın Ağbil kəndində keçirilib