Bu gün Avropada 2014/15 mövsümünün ən yaxşı futbolçularının adları bəlli olacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının Monakoda keçirilən püşkatma mərasimində UEFA həm kişi, həm qadın futbolçular arasında ən yaxşını mükafatlandıracaq. 5-ci dəfə keçirilən sorğunun əvvəlki qalibləri argentinalı Lionel Messi (2011), ispaniyalı Andres İnyesta (2012), fransalı Frank Riberi (2013) və portuqaliyalı Kriştianu Ronaldo (2014) olub. Bu dəfə də namizədlər arasında yer alan Messi və Ronaldonun 3-cü rəqibi uruqvaylı Luis Suaresdi.
Milli.Az