Gəncə, 31 avqust, AZƏRTAC
Təhsil Respublika İdman Mərkəzi Gəncə filialının yeniyetmələrdən ibarət futbol komandası Bolqarıstanın Varna şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib. Gəncə futbolçuları “Albina Cup-2015” adlanan turnirdə iştirak edən 94 komanda arasında 4-cü yeri tutublar.
Komandanın rəhbəri İlham Səmədov AZƏRTAC-a deyib ki, gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Gəncə komandasının üzvü Ümid Səmədov yarışın ən yaxşı yarımmüdafiəçisi adına layiq görülüb.