"Mən 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə qərar vermişəm. Yəqin siz indi düşünürsüz ki, mən səhnəyə çıxmazdan əvvəl nə isə çəkmişəm, ya yox? Bəli, nə isə olub" - deyə, repçi etiraf edib.
Mərasimin aparıcısı Mayli Sayrus Kanye Uestin bu bəyanatını dəstəkləyib: "Tramp, mən səsimi sənə vermişdim, indi isə Kanyenin prezident olması üçün səs verəcəm!"
Knye Uestin "MTV Video Music Awards" mükafatının təqdimetmə mərasimində çıxışı
Kanye Uest 2000-ci illərin əvvəllərində səhnəyə gəlib. Bugünədək yeddi studiya albomu buraxıb. İfaçının hesabında 21 milyondan artıq satılmış disk və 66 milyon rəqəmsal formatda yüklənmiş leqal albomlar var. Karyerası illəri ərzində 21 "Qremmi mükafatı alıb və 53 dəfə bu mükafata namizəd olub.

Repçinin mükafatlandırma mərasimində çıxışı zamanı çəkilmiş foto
"MTV Video Music Awards" mükafatının təqdimetmə mərasimi 30 avqustda Los-Ancelesdə baş tutub. Kanye Uest musiqi industriyasının inkişafındakı xidmətlərinə görə Maykl Cekson adına xüsusi mükafata layiq görülüb.
ABŞ-da növbəti prezidenti seçkiləri 2016-cı ildə keçiriləcək. Respublikaçılar partiyasını təmsil edən Donald Tramp dövlət başçısı postuna potensial namizəddir.

Kim Kardaşyan və Kanye Uest "MTV Video Music Awards" mükafatının təqdimetmə mərasimində