Şəkidə ev yandı

Şəkidə ev yandı
10:52 28 Yanvar 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

Şəki rayonunda fərdi yaşayış evi yanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-ya verilən məlumata görə, yanğın hadisə bu gün saat 05:23 radələrində rayonun Baş Göynük kəndində, Əsgər Məhəmməd oğlu Abdulkərimova məxsus, birmərtəbəli ümumi sahəsi 63 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-in texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin yanar konstruksiyaları və 2 otaq ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Evin bir otağı yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Şəki Rayon DYMH-də araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR