Hələ qış fasiləsi yaranmamış Azərbaycandan qaçan “Xəzər Lənkəran”ın futbolçuları Qalin İvanov və Deyan Blajevski özlərinə yeni komanda tapıblar. Apasport.az xəbər verir ki, hər iki futbolçu karyerasını öz ölkəsində davam etdirəcək.
Bu oyunçuları daim diqqət mərkəzində saxlayan Bolqarıstan mətbuatı onların yeni komandasının adını da artıq yazıb. Blajevskinin Makedoniyada “Vardar”la müqavilə imzaladığı məlum olub. Artıq yeni klubu ilə rəsmi anlaşmaya qol çəkən 29 yaşlı yarımmüdafiəçi “Vardar”da 9 nömrəli formanı geyinəcək.
Qalin İvanov uğrunda gedən mübarizə isə artıq başa çatmaq üzrədi. Əvvəlcə adı daha çox “Levski” ilə yanaşı hallanan 26 yaşlı hücumçu indi Bolqarıstanın digər iddialı komandası “Ludoqorets”lə müqavilə bağlamağa çox yaxındı.
Qeyd edək ki, Deyan Blajevskidən fərqli, Qalin İvanovun “Xəzər Lənkəran”la müqaviləsi mövsümün sonuna qədərdi.