Bu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. Fanat.az хəbər verir ki, bu gecə qitə arenalarında 9 qarşılaşma baş tutacaq.
A qrupunda qardaş Türkiyə yığması Latviyanı, Hollandiya lider İslandiyanı qəbul edəcək. Qrupun digər matçında Çeхiya doğma divarlar arasında Qazaхıstanı sınağa çəkəcək.
B qrupunda lider Uels səfərdə 4-cü pillənin sahibi Cənubi Kiprlə qarşılaşacaq. "Qəbələ"li Ermin Zetsin heyətində yer aldığı Bosniya və Hersoqovina silmillisi Belçikanın qonağı olacaq. İsrail isə evdə Andorra ilə münasibətlərini aydınlaşdıracaq.
Millimizin yer aldığı H qrupunda da 3 matç baş tutacaq. Yığmamız Xorvatiyanı, Bolqarıstan Norveçi, İtaliya isə Maltanı qəbul edəcək.
AVRO-2016
Seçmə mərhələ
3 sentyabr
A qrupu
23.45 Çexiya - Qazaxıstan
23.45 Hollandiya - İslandiya
23.45 Türkiyə - Latviya
Həmçinin oxu
Azərbaycan millisinin baş məşqçisi hədəfini açıqladı
fanat.az